|
Qarabağ Şekil XOCALI SOYQIRIMININ 15-Cİ İLDÖNÜMÜ İLƏ BAĞLI AZƏRBAYCAN FEDRASİYONU-İSVEÇ(AFİ)NİN BƏYANATI
Erməni təcavüzkarlarının Azərbaycan Türk millətinə qarşı törətdikləri cinayətlərin davamında, bir neçə saat içində 613 nəfər suçsuz Azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın, 70 dən artıq yaşlı insanı yalnız Azərbaycanlı olduğuna görə çox rəhmsizcəsinə, dözülməz işgəncə verərək öldürülmüş, 487 nəfərə ağır xəsarət yetirilmiş, 1275 sakin - köməksiz yaşlılar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qalmışlar. Biz Azərbaycan Fedrasiyonu-İsveç (AFİ) olaraq, ümid edirik ki, mötəbər uluslararası qurumlar Azərbaycanın həqq mövqeyini dəstəkləyəcək, ədalət tezliklə öz yerini tapacaq, Xocalı soyqırımını törədənlər uluslararası məhkəmə qarşısında cavab verəcəklər. Erməni terorçuları və onların himayəçiləri cinayət məsuliyyətinə cəlb ediləcəklər.İnanırıq ki, bütün tanınmış və mötəbər uluslararası qurumlar Azərbaycan topraqlarında barış, doğal və güvənli yaşamağı, bir milyondan artıq qaçqın və didərgin düşmuş olan Azərbaycanlının öz doğma topraqlarına qaytarılmasını təmin etməklə Azərbaycanlıların pozulmuş hüqüq və azadlıqlarının gərçəkləşməsində bütün imkanlarınızı səfərbər etməklə yardımçı olacaqsınız.
Azərbaycan Fedrasiyonu-İsveç (AFİ)h
شوینیزیم فارس با کمک رسانی به ارامنه تروریست در این قتل عام ها و ظلم ها شریک هستی
Yatmaz Heşçağ Qaradağ Azad Olmayınca Qarabağ
نوشته شده در ساعت توسط Atilla Ozan
[ ] [sabit linki]
|